PhD Dr. RÜFƏT ƏHƏDOV
Həkim-nefroloq, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri

SAYTDAN QƏBULA YAZILIN
Qeyd edilmiş vaxt aralıqları üçün həkim qəbuluna yazılmaq istəyənlər yuxarıdakı nömrələrlə əlaqə saxlaya və ya “Randevu” səhifəmizdəki formu doldura bilərlər.
TƏHSİLİ
| İllər | Təhsil müəssisəsinin adları | Təhsil forması |
|---|---|---|
| 1993-1999 | Azərbaycan Tibb Universitetinin I müalicə-işi fakültəsində təhsilini davam etdirmişdir. | Universitet |
| 1999-2000 | M. N. Qədirli ad. Mərkəzi Hövzə xəstəxanasında terapiya ixtisası üzrə internatura keçmişdir. | İnternatura |
| 2004-2007 | RF-nın Sankt-Peterburq şəhərində diplomdansonrakı tibbi təhsil akademiyasının “nefrologiya və efferent terapiya kafedrasında” 2 illik kliniki-ordinatura təhsili alaraq nefroloq ixtisasına yiyələnmişdir. | Ordinatura |
| 2012-2017 | Həkimləri Təkmilləşdirmə institutunun nefrologiya kafedrasının dissertantıdır. | Dissertant |
| 2017 | Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. | Fəlsəfə doktoru |
İŞ TƏCRÜBƏSİ
| Tarix | Müəssisəsin adı | Vəzifəsi |
|---|---|---|
| 1997-1999 | M.Nağıyev adına TTYX-nın reanimasiya şöbəsində tibb qardaşı kimi çalışmışdır. | Tibb qardaşı |
| 2000-2002 | Azərbaycan Respublikası Silahlı qüvvələri sırasında hərbi-həkim kimi xidmət etmişdir. | Hərbi-həkim |
| 2002-2004 | M. N. Qədirli ad. Mərkəzi Hövzə xəstəxanasının təcili tibbi yardım şöbəsində səyyar-həkim kimi fəaliyyət göstərmişdir. | Səyyar-həkim |
| 2004-2006 | RF-nin Sankt-Peterbruq şəhərində Nefrologiya və Hemodializ şöbələrində çalışmışdır. | Həkim-ordinator |
| 2006-2012 | Bakı ş. 3 N-li ŞKX-nın Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışmışdır. | Şöbə müdiri |
| 2012-2022 | DİN-in general-leytenant A.Heydərov adına respublika hospitalının hemodializ şöbəsinin rəisi vəzifəsində çalışır. | Şöbə rəisi |
| 2022 | M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana | Şöbə müdiri |
Üzvlük və iştirak etdiyi elmi-konfranslar
- Azrbaycan Nefrologiyanın İnkişafına Yardım İctimai Birliyinin katibidir.
- Azərbaycan Tibb Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
- Moskva, Kiyev, Tblisi şəhərlərində ixtisasartırma kursları keçmişdir.
- Almaniya, Fransa, Çexiya, Hollandiya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna kimi ölkələrdə keçirilmiş bir çox elmi-praktik konfranslarda iştirak etmişdir.
MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR VƏ XİDMƏTLƏR
- Ambulator və stasionar müalicə
- Kəskin və xroniki böyrək çatışmazlıqlarının müalicəsi
- Pielonefrit
- Qlomerulonefrit
- Sistit
- Böyrək daşı xəstəliyi
- Əvəzedici böyrək müalicəsinə hazırlıq
- Hemodializ üçün mərkəzi damar kateterizasiyası
- Hemodializ
- Hemodiafiltrasiya
- Ultrafiltrasiya
- Plazmaferez